Canlı donordan qaraciyər transplantasiyası: Azərbaycanda orqan köçürülməsi, etik məsələlər və donor seçimi

EURASIAN JOURNAL OF CLINICAL SCIENCES(2020)

引用 0|浏览0
暂无评分
摘要
Donor orqanların çatışmazlığı qaraciyər transplantasiyana məhdudiyyətlər yaradır. ABŞ-da, məsələn, hər il 6.000 qaraciyər transplantasiyası həyata keçirilir. Lakin, hər il 2.000-dən çox xəstə qaraciyər transplantasiyası almadığı üçün ölür. Canlı donordan qaraciyər transplantasiyası daha çox xəstəyə qaraciyərin köçürülməsi imkanı yaradır. Sol payın lateral seqmentinin canlı donordan alaraq resipiyentə köçürülməsi pediatrik xəstələrdə çox uğurlu nəticələr verir. Bəzi transplantasiya mərkəzlərində qaraciyərin sağ payının və daha az hallarda sol payının yaşlı donordan yaşlı resipiyentə köçürülməsi həyata keçirilir. Canlı donordan qaraciyərin köçürülməsinin aşağıdakı üstünlükləri var: donorun geniş müayinəsi və ya skrininqinin aparılması (yararlığının yoxlanılması), transplantasiya əməliyyatı üçün ən optimal vaxtın təyin edilməsi və soyuq işemiya vaxtının qısa olması. Bununla yanaşı canlı donordan qaraciyərin köçürülməsi (CDQK) həm də qaraciyərə ehtiyacı olan resipiyentlər arasında ölüm hallarının azalması (mortalite) ilə bağlıdır. Bu isə ölü donordan qaraciyəri gözləyərkən ölən xəstələrlə müqayisədə daha azdır.
更多
查看译文
AI 理解论文
溯源树
样例
生成溯源树,研究论文发展脉络
Chat Paper
正在生成论文摘要