
Məqalədə düz bağırsaq xərçəngi olan xəstələrdə müxtəlif kolorektal anastomoz texnikalarının (uç-uca və yan-uca) tətbiqindən sonra inkişaf edən postoperativ ağırlaşmalar və onların risk faktorları (bədən kütləsi indeksi, stoma, neoadjuvant kimyaterapiya, yanaşı xəstəliklər) ilə əlaqəsinin qiymətləndirilməsinə yönəlmiş tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqat işinə 2017-2022-ci illər ərzində Respublika Diaqnostika Mərkəzində düz bağırsaq xərçəngi diaqnozu ilə operativ müalicə edilən 192 xəstə daxil edilmişdir. 68 xəstəyə uc-uca, 124 xəstəyə isə yan-uc anastomoz tətbiq edilmişdir. İleostoma 30 xəstəyə qoyulmuşdur. Uc-uca kolorektal anastomoz tətbiq edilən xəstələrdən 9 nəfərdə (13,2%), yan-uca kolorektal anastomoz tətbiq edilən qrupda isə 3 nəfərdə (2,4%) anastomoz tutarsızlığı müşahidə edilmişdir (p<0,001). Tədqiqat göstərmişdir ki, yüksək BKİ (≥30 kq/m²), neoadyuvant şüa və kimyəvi terapiya, eləcə də yanaşı patologiyaların olması anastomoz tutarsızlığı riskini əhəmiyyətli dərəcədə artırır. Müəllifin fikrincə, düz bağırsaq xərçənginin cərrahi müalicəsi zamanı yan-uc anastomoz texnikası anastomoz tutarsızlığı tezliyini, ileostoma və təkrar əməliyyat zərurətini əhəmiyyətli dərəcədə azaldır və bu üsul daha etibarlı və təhlükəsiz cərrahi yanaşma kimi qiymətləndirilə bilər. Neoadyuvant şüa və kimyəvi terapiya, yaşın 50-dən artıq olması, yanaşı patologiyalar və yüksək BKİ anastomoz tutarsızlığının yaranmasında yüksək risk amilləri hesab edilə bilər. В статье представлены результаты исследования, направленного на оценку взаимосвязи между различными техниками колоректального анастомоза (конец-в-конец и бок-в-конец) и развитием послеоперационных осложнений, а также их факторов риска (ИМТ, стома, неоадъювантная химиотерапия, сопутствующие заболевания) у пациентов с раком прямой кишки. В исследование были включены 192 пациента, перенесшие оперативное лечение по поводу рака прямой кишки в период 2017–2022 гг. У 68 пациентов была выполнена колоректальная анастомоз «конец в конец», у 124 — «бок в конец». Илеостома была сформирована у 30 пациентов. Несостоятельность анастомоза выявлена у 9 пациентов (13,2%) после анастомоза «конец в конец» и у 3 пациентов (2,4%) после анастомоза «бок в конец» (p<0,001). Результаты исследования показали, что высокий индекс массы тела (≥30 кг/м²), неоадъювантная лучевая и химиотерапия, а также наличие сопутствующей патологии достоверно повышают риск развития несостоятельности анастомоза. По мнению авторов, применение анастомоза типа «бок в конец» при хирургическом лечении рака прямой кишки значительно снижает частоту несостоятельности анастомоза, необходимость формирования илеостомы и повторных операций, что позволяет рассматривать данный метод как более надежный и безопасный хирургический подход. Неоадъювантная лучевая и химиотерапия, возраст старше 50 лет, сопутствующие заболевания и высокий индекс массы тела являются значимыми факторами риска развития несостоятельности анастомоза. This article presents the results of a study aimed at evaluating the association between different colorectal anastomosis techniques (end-to-end and side-to-end) and the development of postoperative complications, as well as their risk factors (BMI, stoma, neoadjuvant chemotherapy, comorbidities) in patients with rectal cancer. The study included 192 patients who underwent surgical treatment for rectal cancer at the Republican Diagnostic Center between 2017 and 2022. End-to-end colorectal anastomosis was performed in 68 patients, while side-to-end anastomosis was applied in 124 patients. Ileostomy was created in 30 patients. Anastomotic leakage occurred in 9 patients (13.2%) in the end-to-end anastomosis group and in 3 patients (2.4%) in the side-to-end anastomosis group (p<0.001). The study demonstrated that a high body mass index (≥30 kg/m²), neoadjuvant radiotherapy and chemotherapy, as well as the presence of comorbidities significantly increase the risk of anastomotic leakage. According to the authors, the use of side-to-end anastomosis in rectal cancer surgery significantly reduces the incidence of anastomotic leakage, the need for ileostomy, and reoperation rates, and can therefore be considered a more ureliable and safer surgical approach. Neoadjuvant radiotherapy and chemotherapy, age over 50 years, comorbidities, and high body mass index should be regarded as major risk factors for anastomotic leakage.
В статье приведены результаты исследования распространенности зубочелюстных аномалий и некариозных поражений зубов среди детей с задержкой интеллектуального развития. В исследовании участвовали 236 детей с задержкой интеллектуального развития в возрасте от 6 до 16 лет (основная группа) и 226 практически здоровых детей того же возраста (контрольная группа). Дети основной группы (с задержкой развития интеллекта) были подразделены на три возрастные подгруппы: I группа (6-8 лет) – n=38, II группа (9-11 лет) – n=96 и III группа (12-16 лет) – n=102. Показатели распространенности зубочелюстных аномалий у детей с задержкой развития интеллекта в сравнении с контрольной группой были выше в 3,2 раза (p<0,001), некариозные поражения зубов: гипоплазия – в 4,7 раза (p<0,001), флюороз – в 3,2 раза (p<0,001). Групповые показатели среди детей с задержкой интеллектуального развития составили: I группа (6-8 лет) – зубочелюстные патологии в 5,6 раза чаще (p<0,001), гипоплазия эмали – в 2,8 раза чаще (p<0,001), флюороз – в 5,26 раза чаще (p<0,001); II группа (9-11 лет) – зубочелюстные аномалии в 2,6 раза (p<0,001), гипоплазия эмали – в 2,9 раза чаще (p < 0,001), флюороз – в 1,3 раза чаще (p<0,001); и III группа (12-16 лет) – аномалии зубочелюстной системы в 3,8 раза чаще (p<0,001), гипоплазия эмали – в 9,3 раза чаще (p<0,001) и флюороз – в 5,4 раза чаще (p<0,001) по сравнению с контрольной группой. Таким образом, психосоматические расстройства могут служить фактором риска заболеваний челюстно-лицевой системы и некариозных поражений зубов. Məqalədə zehni inkişaf geriliyi olan uşaqlar arasında üz-çənə anomaliyalarının və qeyri-kariyes diş xəstəliklərinin yayılma tezliyini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata yaş həddi 6-dan 16-ya qədər olan 236 zehni inkişaf gerilikli uşaq cəlb edilmişdir (əsas qrup), kontrol qrupu 226 həmyaşıd olan praktik sağlam uşaq təşkil etmişdir. Əsas qrup yaş üzrə 3 yarımqrupa bölunmüşdür: I qrup (6-8 yaş) – n=38; II qrup (9-11 yaş)− n=96; III qrup (12-16 yaş) – n=102. Təqdiqat göstərmişdir ki, zehni inkişaf geriliyi olan uşaqlar arasında üz-çənə anomaliyaları kontrol qrupdakına nisbətən 3,2 dəfə (p<0,001) artıq olmuşdur. Qeyri-kariyoz xəstəliklər: hipoplaziya 4,7 dəfə (p<0,001); üzçənə anomaliyaları 3,2 və flüoroz isə 3,2 dəfə artıq olmuşdur. Yarımqruplar üzrə göstəricilər paylaşılmışdır: I qrupda (6-8 yaş) – kontrol qrupuna nisbətən üz-çənə anomaliyaları 5,6 dəfə (p<0,001); hipoplaziya 2,8 dəfə, flüoroz halları isə 5,26 (p<0,001) dəfə çox olmuşdur; II qrupda (9-11 yaş) – üz-çənə anomaliyalarına 2,6 dəfə (p<0,001); hipoplaziyaya 2,9 (p<0,001) dəfə və flüoroza 1,3 (p<0,001), III qrupda (12-16 yaş) üz-çənə anomaliyalarına –3,8 (p<0,001) dəfə çox rast gəlinmişdir. Beləliklə, zehni inkişaf geriliyi olan uşaqlarda, psixosomatik pozuntuları üz-çənə anomaliyalarının və qeyri-karioz diş xəstəliklərinin yaranmasının risk amili hesab etmək olar. The article presents the results of a study of the prevalence of dentoalveolar anomalies and non-carious dental lesions among children with intellectual disability. A total of 236 children with intellectual disability aged 6-16 years (the main group) and 226 healthy children of the same age were examined. The children in the main group were divided into three age subgroups: Group I (6-8 years old), n=38; Group II (9-11 years old), n=96; and Group III (12-16 years old), n=102. The prevalence of dentoalveolar anomalies in the main group was significantly higher than in the control group by 3.2 times (p<0.001). Non-carious dental lesions were also more prevalent in the main group, including enamel hypoplasia (4.7 times, p<0.001) and dental fluorosis (3.2 times, p<0.001). Subgroup analysis among children with intellectual disability revealed the following results: Group I (6-8 years old) – dentoalveolar anomalies (5.6 times, p<0.001), enamel hypoplasia (2.8 times, p<0.001), and dental fluorosis (5.26 times, p<0.001). In Group II (9-11 years old), dentoalveolar anomalies were increased by 2.6 (p<0.001), enamel hypoplasia by 2.9 (p<0.001), and dental fluorosis by 1.3 times (p<0.001). Group III (12-16 years old) demonstrated a significantly higher prevalence of dentoalveolar anomalies (3.8 times, p<0.001) compared with the control group. Psychosomatic disorders may be considered a significant risk factor in the pathogenesis of dentoalveolar anomalies and non-carious dental lesions in children with intellectual disability.
В статье представлены результаты исследования проведенного с целью анализа самооценки пациентами результатов протезирования, выполненного обычным и цифровым методом. В исследовании приняли участие 104 пациентов, нуждающиеся в протезировании. Средний возраст пациентов составил 34,62±2,74 лет. Мужчины составили 51,9%, женщины – 48,1%. Всего на оттиск подготовлено 114 зубов, из которых премоляры составили 85, первые моляры – 29. Сформированы 2 группы: I группа включила 52 пациентов, которым протезирование проведено обычным способом; II группа – 52 пациентов с цифровым протезированием. Для цифрового метода сканирование выполнено сканером Medit i500. Для оценки пациентами процедуры снятия слепка использовалась визуально-аналоговая шкала (ВАШ). Наиболее низкие баллы были получены у пациентов I и II группы при самооценке в отношении возникшего дискомфорта височно-нижнечелюстного сустава, который выражался болью. Во II группе все показатели были лучше, чем в I группе. Общий балл самооценки с использованием техники цифрового оттиска был выше, чем с использованием традиционной техники в среднем в 1,7 раза (р<0,05). На вопрос удобен ли был использованный метод снятия слепка, в I группе положительно ответили 55,8% пациентов, II группы – 82,7% пациентов (р<0,01). Представленные результаты поощряют использование полностью цифровых рабочих процессов в ортопедической стоматологии. Результаты настоящего исследования могут повлиять на работу стоматологов, а также на лечение пациентов. Məqalədə adi və rəqəmsal üsulla icra edilən protezləmənin pasiyentlərin özləri tərəfindən necə qiymətləndirildiyini araşdırmaq məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqatın aparılması üçün protezləməyə ehtiyacı olan, yaşı 34,62±2,74 arasında dəyişən 104 pasiyent seçilmişdir. Onların 51,9 %-i kişi, 48,1 %-i qadın idi. Ölçü götürmək üçün cəmi 114 diş hazırlanmışdır və onlardan 85-i premolyar, 29-u isə ilk azi dişləri olmuşdur. Tədqiqatın aparılması üçün 2 qrup müayinə edilmişdir: 1-ci qrupa üzərinə adi üsulla protezləmə aparılan 52, 2-ci qrupa isə rəqəmsal protezləşməyə məruz qalan daha 52 pasiyent daxil idi. Rəqəmsal üsulla skanerləmə zamanı ”Medit 1500” markalı skaner tətbiq olunmuşdur. Pasiyentler tərəfindən qəlib nümunəsinin götürülməsi prosesinə qiymət verilməsindən ötrü virtual-analoq tipli şkaladan istifadə edilmişdir. Alınan nəticələr. 1-ci və 2-ci qrup pasiyentlər arasında ən aşağı nəticə ağrı ilə müşayiət olunan gicgah və aşağı çənə nahiyəsində narahatlıq hissi ilə əlaqədar qeydə alınmışdır. 2-ci qrupda isə nəticələrin hamısı 1-ci qrupa aid nəticələri üstələmişdir. Rəqəmsal qəlib texnikasının tətbiqindən alınan nəticə ənənəvi üsuldakına nisbətən 1,7 dəfə (p<0,05) üstün olmuşdur. Qəlib nümunələrinin götürülməsinin nə dərəcədə rahat olması ilə əlaqədar suala 1-ci qrup pasiyentlərinin 53,8 %-i, 2-ci qrup pasiyentlərinin isə 82,7%-i müsbət cavab vermişdir (p<0,01). Pasiyentlərin rəyinə görə rəqəmsal protezləşmə üçün qəlib nümunələrinin götürülməsi prosesi digər metodun tətbiqindən xeyli pozitiv olmuşdur. Belə ki, rəqəmsal metod pasiyentin rahatlığının təmin edilməsi baxımından qat-qat üstün nəticələr vermişdir. Burada qəlib nümunəsinin götürülməsinə sərf edilən vaxt, ürək bulanmasının olmaması, nəfəs alma prosesinin pozulmaması, ağız açılarkən narahatlıq hissinin yaranmaması, iy- və dadbilmə ilə əlaqədar problemin müşahidə edilməməsi nəzərdə tutulur. Təcrübənin nəticələri ortopedik stomatologiyada tam şəkildə rəqəmsal iş prosesinin tətbiq edilməsini stimullaşdırır. Aparılan tədqiqatın nəticələri həm stomatoloqların işinə, həm də pasiyentlərin müalicəsinə öz təsirini göstərə bilər. The article presents a comparison of digital and traditional methods, revealing deviations at various levels. The aim of this study was to analyze patients’ self-assessment of the outcomes of prosthetic treatment performed using conventional and digital methods. The study included 104 patients requiring prosthetic treatment. The mean age of the patients was 34.62 ± 2.74 years. Men accounted for 51.9% and women for 48.1%. A total of 114 teeth were prepared for impressions, of which 85 were premolars and 29 were fırst molars. Two groups were formed: Group I included 52 patients who underwent conventional prosthetic treatment, and Group II included 52 patients who underwent digital prosthetic treatment. For the digital method, scanning was performed using a Medit i500 scanner. Patients’ evaluation of the impression-taking procedure was assessed using a visual analog scale (VAS). The lowest scores in both Group I and II were observed for self-assessment of discomfort in the temporomandibular joint, expressed as pain. All indicators in Group II were better than in Group I. The overall self-assessment score using the digital impression technique was on average 1.7 times higher than that of the conventional technique (p<0.05). Regarding the question of whether the impression-taking method was convenient, 55.8% of patients in Group I and 82.7% of patients in Group II responded positively (p<0.01). According to patient self-assessment, digital prosthetic treatment demonstrated signifıcantly better outcomes in terms of satisfaction with impression-taking. The digital approach showed a positive effect on patient-oriented factors, such as overall impression time, nausea, breathing diffıculty, discomfort when opening the mouth, and perception of taste and smell. These results encourage the use of fully digital workflows in prosthetic dentistry. The fındings of this study may influence both dental practice and patient treatment.
Məqalədə revmatoid artritli xəstələrdə stomatoloji xəstəliklərin yayılmasını və strukrturunu öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata revmatoid artriti olan 123 pasiyent cəlb edilmişdir. 130 nəfər praktik sağlam şəxs kontrol qrupuna daxil edilmişdir. Revmatoid artritli xəstələrdən 78 nəfərdə (63,4%) parodontit müşahidə edilmişdir ki, bu da kontrol qrupundakı göstəricidən (33,8%) xeyli çoxdur. Revmatoid artritli pasiyentlərdən 54,7%-də diş daşının mövcudluğu, 36,6%-də isə parodontal ciblərin formalaşması müəyyən edilmişdir. Ağız gigiyenasını qənaətbəxş səviyyədə saxlayan 25 pasiyentdən 11-də diş daşları aşkarlanmışdır. Bundan əlavə, ağız gigiyenası zəif olan 50 pasiyentin 28%-də parodontal cib dərinliyinin 6 mm və ya daha artıq olduğu qeydə alınmışdır. Revmatoid artrit ilə parodontal xəstəliyin inkişafı arasında güclü korrelyasiya olması parodontal patologiyaların revmatoid artritli xəstələrinin klinik qiymətləndirilməsində nəzərə alınmasının zəruriliyini göstərir. В статье представлена информация о проведенном исследовании, направленном на изучение распространенности и структуры стоматологических заболеваний у больных ревматоидным артритом (РА). Из 123 пациентов с РА, включенных в исследование, у 78 выявлен хронический генерализованный пародонтит. 130 практически здоровых лиц составили контрольную группы. Результаты исследования показали, что пародонтит наблюдался у 63,4% больных РА, что достоверно превышает показатель контрольной группе (33,8%). Различия между сравниваемыми группами статистически высокозначимы (p < 0,001). Наличие зубного камня выявлено у 540,7% больных ревматоидным артритом, а образование пародонтальных карманов – у 36,6%. Из 25 пациентов, соблюдавших удовлетворительную гигиену полости рта, у 11 наблюдалось высокое содержание зубного камня. Кроме того, у 28% из 50 пациентов с плохой гигиеной полости рта глубина пародонтальных карманов составляла 6 мм и более. Это подтверждает тесную взаимосвязь между РА и развитием заболеваний пародонта, что подчёркивает необходимость учитывать патологию пародонта при клиническом обследовании пациентов с РА. The article presents information about a study conducted to investigate the prevalence and structure of dental diseases in patients with rheumatoid arthritis. A total of 123 patients with rheumatoid arthritis were included in the study, while 130 practically healthy individuals constituted the control group. Periodontitis was observed in 78 (63.4%) patients with rheumatoid arthritis. The presence of dental calculus was detected in 54.7% of patients with rheumatoid arthritis, and periodontal pocket formation was identified in 36.6% of cases. Among 25 patients who maintained satisfactory oral hygiene, dental calculus was detected in 11 individuals. Additionally, among 50 patients with poor oral hygiene, periodontal pocket depth of 6 mm or greater was recorded in 28% of cases. The strong correlation between rheumatoid arthritis and the development of periodontal disease indicates the necessity of considering periodontal pathologies in the clinical assessment of patients with rheumatoid arthritis.
Məqalədə qan dövranı sistemi xəstəliklərindən (ürəyin işemik xəstəliyi, miokard infarktı və serebrovaskulyar xəstəliklər) ölüm hallarının havanın gündəlik temperaturundan, aylıq yağıntıdan və günəş işığından asılılığının qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqat Azərbaycan Respublikasının Şəki şəhərinin əhalisi arasında aparılmışdır. Tədqiqat işində rəsmi statistik məlumatlardan istifadə edilmişdir, 1970-2011-ci illər üçün dinamikada əhalinin ölümünün bütün səbəbləri arasında qan dövranı sistemi xəstəliklərinin (QDSX) xüsusi çəkisi müəyyən edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meteoroloji stansiyasının materiallarından istifadə edilməklə QDSX-dən ölüm riskinin meteoroloji amillərdən asılılığı öyrənilmişdir. Meteoroloji stansiyalardan gündəlik havanın temperaturu, yağıntının miqdarı və günəş işığının müddəti haqqında məlumatlar əldə edilmişdir. Ürək-damar xəstəlikləri və ölüm halları haqqında məlumatlar tibbi qeydlərdən əldə edilmişdir. Qan dövranı sisteminin xəstəlikləri ilə bağlı orta gündəlik ölüm hallarının ən aşağı səviyyəsi (1,18±0,22) orta aylıq yağıntının 121,4±7,07 mm olduğu dövrdə qeydə alınıb. Bu səviyyə ilə müqayisədə, orta aylıq yağıntının miqdarı 86,1±14,58 mm olduqda 2,09±0,37; (p<0,05), 69,0±10,6 mm olduqda – 2,07±0,39 (p<0,05), 56,0±2,45 mm olduqda – 2,02±0,36 (p<0,05), 49,2±0,95 mm olduqda – 1,90±0,31; (p=0,05), 47,0±1,25 mm olduqda isə 2,22±0,51; (p<0,05) təşkil etmişdir. Şəki şəhəri şəraitində qan dövranı sisteminin xəstəliklərdən ölüm riski ilə günəş işığının müddəti arasında əlaqə müşahidə edilməyib. Beləliklə, Şəki şəhəri əhalisi arasında aparılmış çoxillik müşahidələrdən aydın olmuşdur ki, havanın orta sutkalıq temperaturu və orta aylıq yağıntılar qan dövranı sisteminin xəstəliklərdən ölüm ehtimalının əhəmiyyətli dərəcədə dəyişməsi üçün risk amilləridir. В статье представлены результаты исследования, проведенного с целью оценки суточной смертности от заболеваний сердечно-сосудистой системы (ишемическая болезнь сердца, инфаркт миокарда и цереброваскулярные заболевания) в зависимости от суточной температуры воздуха, месячного количества осадков и продолжительности солнечного сияния. Исследование проводилось среди населения города Шеки (Азербайджан). В исследовании использовались официальные статистические данные, определялась удельная тяжесть заболеваний сердечно-сосудистой системы среди всех причин смерти населения в динамике за 1970-2011 годы, а также изучалась зависимость риска смерти от заболеваний сердечно-сосудистой системы от метеорологических факторов с использованием материалов метеорологической станции Министерства экологии и природных ресурсов Азербайджанской Республики. Данные о суточной температуре воздуха, количестве осадков и продолжительности солнечного сияния были получены с метеорологических станций. Данные о сердечно-сосудистых заболеваниях и смертности были получены из медицинских карт. Исследование показало, что самый низкий средний суточный уровень смертности от заболеваний сердечно-сосудистой системы (1,18±0,22) был зафиксирован в период, когда среднемесячное количество осадков составляло 121,4±7,07 мм. В условиях города Шеки взаимосвязь между риском смерти от заболеваний сердечно-сосудистой системы и продолжительностью солнечного света не доказана. Однако, на основе долгосрочных наблюдений за населением города Шеки стало ясно, что среднесуточная температура воздуха и среднемесячное количество осадков являются факторами риска существенного изменения вероятности смерти от заболеваний сердечно-сосудистой системы. The article discussed the results of a study evaluating the dependence of mortality from cardiovascular diseases (ischemic heart disease, myocardial infarction and cerebrovascular diseases) depending on daily air temperature, monthly precipitation and sunlight. The study was conducted among the population of the city of Sheki, Azerbaijan. Official statistical data were used in the study, the specific gravity of circulatory system diseases among all causes of death of the population in dynamics for 1970-2011 was determined, and the dependence of the risk of death from circulatory system diseases on meteorological factors was studied using materials from the meteorological station of the Ministry of Ecology and Natural Resources of the Republic of Azerbaijan. Data on daily air temperature, amount of precipitation and duration of sunlight were obtained from meteorological stations. Data on cardiovascular diseases and mortality were obtained from medical records. The lowest average daily mortality rate from circulatory system diseases (1,18±0,22) was recorded during the period when the average monthly precipitation was 121,4±7,07 mm. In comparison, when the average monthly precipitation was 86,1±14,58 mm, the mortality rate was 2,09±0,37 (p<0,05); at 69,0±10,6 mm, it was 2,07±0,39 (p<0,05); at 56,0±2,45 mm, it was 2,02±0,36 (p<0,05); at 49,2±0,95 mm, it was 1,90±0,31 (p=0,05); and at 47,0±1,25 mm, it was 2,22±0,51 (p<0,05). No correlation was observed between the duration of sunlight and the risk of death from cardiovascular diseases in Sheki city. Thus, from long-term observations among the population of the city of Sheki, it became clear that the average daily air temperature and average monthly precipitation are risk factors for a significant change in the probability of death from circulatory system diseases.
В статье представлены результаты анализа эпидемиологических характеристик мочекаменной болезни (МКБ) в Туркестанской области на основе данных 36 992 госпитализаций за 2014–2023 гг. Исследование проведено по сведениям национального электронного регистра стационарных больных и включало оценку структуры диагнозов по МКБ-10, распределения пациентов по возрасту, полу, месту проживания, а также условий поступления. Наиболее частыми причинами госпитализации стали хронический обструктивный пиелонефрит (N11.1) и гидронефроз вследствие камня (N13.2). Большинство случаев регистрировалось у пациентов старше 50 лет, однако у детей преобладали воспалительные формы заболевания. Выявлены выраженные территориальные различия: у городских пациентов чаще диагностировались обструктивные формы, включая гидронефроз и камни мочеточника (N20.1), тогда как у сельского населения — воспалительные и смешанные варианты течения, в том числе камни нижних мочевых путей (N21.8, N21.9). Экстренные госпитализации преобладали при острых и осложнённых состояниях, прежде всего при гидронефрозе, камнях мочеточника и почечной колике. Полученные данные отражают значительную нагрузку МКБ на систему здравоохранения региона и подчёркивают необходимость дифференцированных подходов к профилактике и раннему выявлению заболевания с учётом территориальных и возрастных особенностей. Məqalədə 2014-2023-cü illər ərzində qeydə alınmış 36 992 hospitalizasiya məlumatı əsasında Türküstan bölgəsində sidik daşı xəstəliyinin epidemioloji xüsusiyyətlərinin təhlilinə dair məlumat təqdim edilmişdir. Tədqiqat stasionar xəstələrin milli elektron reyestrinin məlumatları əsasında aparılmış və ICD-10 üzrə diaqnostik strukturun, həmçinin xəstələrin yaş, cinsiyyət, yaşayış yeri və hospitalizasiyanın xarakterinə görə bölgüsünün qiymətləndirilməsini əhatə etmişdir. Hospitalizasiyanın əsas səbəbləri xronik obstruktiv pielonefrit (N11.1) və daş mənşəli hidronefroz (N13.2) olmuşdur. Xəstələrin böyük əksəriyyəti 50 yaşdan yuxarı şəxslərdən ibarət olsa da, uşaqlarda xəstəliyin iltihabi formaları üstünlük təşkil etmişdir. Aydın ərazi fərqləri müəyyən edilmişdir: şəhər əhalisində hidronefroz və sidik axarının daşları (N20.1) daxil olmaqla obstruktiv formalar daha tez-tez aşkarlanmış, kənd əhalisində isə aşağı sidik yollarının daşları (N21.8, N21.9) daxil olmaqla iltihabi və qarışıq klinik gedişlər üstünlük təşkil etmişdir. Təcili hospitalizasiyalar əsasən kəskin və ağırlaşmış hallarla, xüsusilə hidronefroz, sidik axarının daşları və böyrək sancısı ilə əlaqəli olmuşdur. Alınmış nəticələr sidik daşı xəstəliyinin regional səhiyyə sistemi üçün əhəmiyyətli yük yaratdığını göstərir və ərazi və yaş xüsusiyyətlərini nəzərə alan fərdiləşdirilmiş profilaktika və erkən aşkarlama yanaşmalarının zəruriliyini vurğulayır. This study presents an analysis of the epidemiological characteristics of urolithiasis in the Turkestan region based on data from 36,992 hospitalizations recorded between 2014 and 2023. The analysis was conducted using the national electronic inpatient registry and included an assessment of the diagnostic structure according to ICD-10, as well as patient distribution by age, sex, place of residence, and mode of admission. The leading causes of hospitalization were chronic obstructive pyelonephritis (N11.1) and stonerelated hydronephrosis (N13.2). The majority of cases occurred in patients aged over 50 years, while inflammatory forms of the disease predominated in pediatric populations. Marked territorial differences were identified: urban residents more frequently presented with obstructive forms, including hydronephrosis and ureteral stones (N20.1), whereas rural populations showed a higher prevalence of inflammatory and mixed clinical presentations, including lower urinary tract stones (N21.8, N21.9). Emergency admissions were mainly associated with acute and complicated conditions, particularly hydronephrosis, ureteral calculi, and renal colic. These findings indicate a substantial burden of urolithiasis on the regional healthcare system and highlight the need for differentiated prevention and early detection strategies that account for territorial and age-specific patterns.
A study was conducted to assess the levels of anxiety and depression symptoms in combat veterans who had experienced stress-related psychiatric disorders. The objective is to analyze the severity of anxiety and depression symptoms in combatants with stress-associated mental disorders. The study included 129 combatants divided into three groups: adjustment disorder (n=36), post-traumatic stress disorder (PTSD) (n=63), and controls without mental disorders (n=30). Assessment included clinical interviews based on ICD-10 criteria, Beck Depression Inventory-II, and Beck Anxiety Inventory. Combatants with stress-associated disorders demonstrated significantly higher levels of depression and anxiety compared to controls. The PTSD group showed higher depression scores (27.44±10.93) than the adjustment disorder group (21.89±13.29, p=0.047). Severe depression was observed in 39.7% of PTSD patients and 27.8% of adjustment disorder patients. Anxiety levels were highest in the PTSD group (35.13±11.07), followed by the adjustment disorder group (27.57±16.93, p=0.026). Most notably, 93.7% of PTSD patients exhibited severe anxiety compared to 63.9% in the adjustment disorder group. While depression severity showed some differences between diagnostic groups, anxiety symptoms were significantly higher in PTSD patients compared to those with adjustment disorders, suggesting the need for targeted therapeutic approaches for each disorder type. Streslə əlaqədar psixi pozuntulara məruz qalmış döyüş iştirakçılarında həyəcanlanma və depressiya əlamətlərinin səviyyəsini öyrənmək məqsədilə tədqiqat aparılmışdır. Tədqiqata cəlb edilmiş 129 kombatant 3 qrupa bölünmüşdür: 1) adaptasiya pozuntusu olanlar – 36 nəfər; 2) posttravmatik stres pozuntusu (PTSP) olanlar – 63 nəfər; 3) psixi pozuntusu olmayanlar (kontrol qrupu) – 30 nəfər. Qiymətləndirmə məqsədilə MKB-10 meyarlarına əsasən klinik müayinə, Bekin (Beck) həyəcanlanma-narahatlıq sorğusu (Beck Anxiety Inventory) və Bekin depressiya sorğusu (Beck Depression Inventory – II) meyarlarından istifadə edilmişdir. Streslə əlaqəli pozuntuları olan döyüşçülərdə depressiya və həyəcanlanma səviyyəsinin kontrol qrupundakına nisbətən yüksək olduğu müşahidə edilmişdir. PTSP qrupunda depressiya əlamətləri (27,44±10,93) adaptasiya pozuntusu olanlar qrupundakına nisbətən yüksək (21,89±13,29; p=0,047) olmuşdur. Ağır depressiya halı PTSP qrupunda pasiyentlərin 39,7 %-də, adaptasiya pozuntusu qrupunda isə − 27,8 %-də bu müşahidə edilmişdir. Həyəcanlanma-narahatlıq səviyyəsi PTSP qrupunda ən yüksək səviyyədə (35,13±11,07) olmuş və adaptasiya qrupunda bir qədər aşağı nəticə vermişdir (27,57±16,93; p=0,026). PTSP qrupundakı pasiyentlərdən 93,7%-də, adaptasiya pozulması olan qrupun pasiyentlərindən isə 63,9 %-də güclü həyəcan hissi müşahidə edilmişdir. Narahatlıq səviyyəsi isə PTSP qrupunda daha yüksək olmuşdur. Alınmış nəticələrdən belə məlum olur ki, PTSP olan xəstələr daha çox narahatlıq keçirirlər və hər bir psixi pozuntu növü üçün fərdi şəkildə məqsədyönlü müalicə təyin etmək lazımdır. Проведено исследование с целью проанализировать выраженность симптомов тревоги и депрессии у участников боевых действий со стресс-ассоциированными психическими расстройствами. В исследование были включены 129 комбатантов, разделенных на три группы: 1) расстройство адаптации (n=36), 2) посттравматическое стрессовое расстройство (ПТСР) (n=63) и 3) контрольная группа без психических расстройств (n=30). Оценка включала клиническое интервью на основе критериев МКБ-10, опросник депрессии Бека (Beck Depression Inventory-II) и опросник тревоги Бека (Beck Anxiety Inventory). Бойцы со стресс-ассоциированными расстройствами продемонстрировали значительно более высокие уровни депрессии и тревоги по сравнению с контрольной группой. В группе ПТСР показатели депрессии были выше (27,44±10,93), чем в группе расстройств адаптации (21,89±13,29, p=0,047). Тяжелая депрессия наблюдалась у 39,7% пациентов с ПТСР и у 27,8% пациентов с расстройством адаптации. Уровень тревоги был самым высоким в группе ПТСР (35,13±11,07), за ней следовала группа расстройств адаптации (27,57±16,93, p=0,026). Примечательно, что 93,7 % пациентов с ПТСР демонстрировали сильную тревогу по сравнению с 63,9 % в группе расстройств адаптации. В то время, как тяжесть депрессии имела незначительные различия между диагностическими группами, симптомы тревоги были значительно выше у пациентов с ПТСР по сравнению с пациентами с расстройствами адаптации, что указывает на необходимость целенаправленных терапевтических подходов для каждого типа расстройств.
Məqalədə genetik analizlə təsdiqini tapmış klinik bir nümunə haqqında məlumat verilmişdir. Müəllifin klinik praktikada rast gəldiyi xəstədə qarışıq tipli immun çatışmazlıqla yanaşı, boy inkişafının ləngiməsi də nəzərə çarpmışdır və bu, somatotrop hormonun anadangəlmə çatışmazlığı ilə əlaqədar olmuşdur. Genetik tədqiqat yalnız immun sisteminə təsir edən genlərlə məhdudlaşmamış, eyni zamanda boy qısalığı ilə assosiasiyalı genetik markerlərin də araşdırılmasını əhatə etmişdir. Analizin nəticələri xəstədə həm immun sisteminin pozulması, həm də boy inkişafının ləngiməsinə səbəb olan genetik dəyişikliklərin mövcudluğunu ortaya qoymuşdur. Bu isə klinik fenotipin multifaktorial xarakter daşıdığını göstərir. Məqalədə anadangəlmə immun çatışmazlıqları barədə ətraflı məlumat verilmiş, onların rastgəlmə tezliyi, yaranma səbəbləri və klinik əlamətləri qeyd edilmişdir. В статье приведено описание клинического случая, подтверждённого посредством генетического анализа. У пациента, наблюдаемого автором в клинической практике, наряду с комбинированным иммунодефицитом также отмечалась задержка физического роста, что было связано с врождённой недостаточностью соматотропного гормона. Генетическое исследование не ограничивалось анализом генов, влияющих на иммунную систему, но также включало изучение генетических маркеров, ассоциированных с низкорослостью. Результаты анализа выявили наличие у пациента как нарушений иммунной системы, так и генетических факторов, влияющих на рост и развитие, что указывает на мультифакториальный характер клинического фенотипа. В статье также представлена подробная информация о врождённых иммунодефицитах, их распространённости, этиологических причинах и клинических проявлениях. The article provides information on a clinically confirmed case supported by genetic analysis. In this case, the author encountered a patient with a combined immunodeficiency alongside growth retardation, which was associated with congenital growth hormone deficiency. The genetic study did not limit itself to genes affecting the immune system but also investigated genetic markers associated with short stature. The analysis results revealed the presence of genetic alterations responsible for both immune system dysfunction and impaired growth. This suggests that the clinical phenotype is multifactorial in nature. The article offers detailed information on congenital immunodeficiencies, discussing their incidence, underlying causes, and clinical manifestations.
В статье представлены данные о ведущих факторах риска, а также особенности клинического течения эндометриальных полипов (ЭП) у женщин. В исследование были включены 54 пациентки с верифицированным диагнозом ЭП. Из общего числа пациенток 25 (46,3%) получали гормональную терапию, в то время как 29 женщин (53,7%) находились под наблюдением без медикаментозного вмешательства. Регрессия ЭП была зафиксирована у 28 пациенток, что составило 51,9% от всей когорты. При этом наиболее выраженный эффект отмечался среди женщин, получавших гормональное лечение — у 22 из 28 пациенток (78,6%). В группе, где применялась выжидательная тактика, самопроизвольная регрессия наблюдалась лишь у 6 пациенток (20,7%). Однако у бессимптомных женщин в пременопаузальном возрасте разумным и оправданным подходом может быть наблюдение, особенно при наличии факторов, способствующих регрессии. К числу основных предикторов спонтанного или медикаментозно индуцированного разрешения полипов отнесены возраст пациентки (моложе 50 лет) и использование гормональных препаратов. Указанные женщины демонстрируют более высокую чувствительность к консервативной терапии и, таким образом, представляют собой оптимальную группу для назначения медикаментозного лечения в качестве первой линии. Məqalədə qadınlarda endometrial poliplərin (EP) aparıcı risk faktorlarının və klinik gedişatının xüsusiyyətlərinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 2023-cü ilin iyun ayından 2024-cü ilin may ayınadək olan dövrdə təsdiqlənmiş EP diaqnozu olan 54 pasiyent cəlb edilmişdir. İştirakçıların orta yaşı 46,0±1,7 il, bədən kütləsi indeksi (BKİ) isə 23,5±3,4 kq/m² təşkil etmişdir. Paritetin median göstəricisi 2 olmuş və diapazon 0-dan 6-dək dəyişmişdir. Ümumi iştirakçılardan 25 nəfər (46,3%) hormonal terapiya almış, 29 nəfər (53,7%) isə dərmansız gözləmə taktikası ilə müşahidə edilmişdir. EP-nin reqressiyası 28 pasiyentdə (51,9%) qeydə alınmışdır. Ən yüksək effektivlik hormonal müalicə alan qadınlarda müşahidə edilmişdir – 28 nəfərdən 22-də (78,6%) reqressiya qeyd edilmişdir. Gözləmə taktikası tətbiq edilən qrupda isə yalnız 6 pasiyentdə (20,7%) spontan reqressiya baş vermişdir. Əldə olunan nəticələrə əsasən, histeroskopik polipektomiya EP müalicəsində standart üsul olaraq qalır. Lakin premenopauza dövründə olan və simptomları olmayan qadınlarda müəyyən reqressiya faktorları mövcud olduqda konservativ müşahidə rasional və əsaslandırılmış yanaşma kimi qəbul edilə bilər. Poliplərin spontan və ya hormonal müdaxilə ilə reqressiyasının əsas proqnostik göstəriciləri kimi pasiyentin yaşı (50 yaş və aşağı) və hormonal terapiyanın tətbiqi müəyyən edilmişdir. Bu kateqoriyaya daxil olan qadınlar konservativ müalicəyə daha həssas cavab verir və bu səbəbdən birinci seçim kimi hormonal terapiyaya ən uyğun namizədlər hesab edilirlər. The article presents data an investigation aimed at evaluating the major risk factors and clinical characteristics of endometrial polyps (EP) in women. A total of 54 patients with a confirmed diagnosis of EP were enrolled between June 2023 and May 2024. The mean age of the participants was 46,0±1,7 years, and the average body mass index (BMI) was 23,5 ± 3,4 kg/m². The median parity was 2 (range: 0 to 6). Among all participants, 25 women (46,3%) received hormonal therapy, while 29 (53,7%) were monitored. under an expectant management approach without pharmacological intervention. Regression of EP was observed in 28 patients, accounting for 51,9% of the cohort. Notably, the most significant positive outcome was recorded among patients undergoing hormonal treatment — 22 out of 28 women (78,6%) showed regression. In contrast, spontaneous regression occurred in only 6 patients (20,7%) in the expectant management group. Based on the obtained findings, hysteroscopic polypectomy remains the standard treatment for EP. However, conservative observation may be a reasonable and justified approach for asymptomatic premenopausal women, especially when regression-favoring factors are present. The main predictors of spontaneous or medically induced regression of polyps included patient age (≤50 years) and the use of hormonal therapy. Women in this group demonstrated a higher sensitivity to conservative treatment and therefore represent an optimal population for first-line hormonal therapy.
Məqalədə xronik sinusitli xəstələrin həm qan, həm də burun seliyində bəzi antimikrob peptidlərin səviyyəsinin öyrənilməsinə dair tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqat işində 80 nəfər xronik rinosinusit diaqnozlu xəstənin qan serumunda və burun seliyində antimikrob peptidlərin (β-defensin, katelisidin, lipokalin-2, kalprotektin və BPİ) səviyyəsi immunoferment üsulu ilə analiz edilmişdir. Xəstələr iki qrupa bölünmüşdür: I qrupa 48 nəfər polipsiz xronik rinosinusit, II qrupa 32 nəfər polipli xronik rinosinusitli xəstə daxil edilmişdir. Polipsiz xəstələrin qan serumunda defenzin və katelisidinin səviyyəsi əsasən eozonofil-dominant xəstələrdə, polipli formalarda isə həm eozonofil, həm də neytrofil-dominant hallarda əhəmiyyətli dərəcədə azalmışdır. Burun seliyində antimikrob peptidlərin səviyyəsi neytrofil-dominant xəstələrdə artmış, polipli xronik rinosinusitli formalarda, xüsusilə eozonofildominant xəstələrdə isə kəskin azalma müşahidə edilmişdir. Bunun əksinə olaraq, neytrofil-dominant xəstələrdə kalprotektin, lipokalin-2 və BPİ səviyyələri həm qan serumunda, həm də burun seliyində statistik əhəmiyyətli artmışdır. Müəllifin fikrincə, polipoz xronik rinosinusit zamanı yerli immun cavabın fəallaşması nəticəsində neytrofil-dominant iltihabın kəskinləşməsi neytrofil mənşəli antimikrob peptidlərin səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Eozonofil-dominant formalarda həm sistemli, həm də yerli immun müdafiə sisteminin zəifləməsi epitelial mənşəli antimikrob peptidlərin isə əksinə azalmasına gətirib çıxarır. В статье представлены результаты исследования, посвящённого изучению уровней некоторых антимикробных пептидов как в крови, так и в носовой слизи у пациентов с хроническим синуситом. В исследовании с помощью методом иммуноферментного анализа были определены уровни антимикробных пептидов (β-дефензин, кателицидин, липокалин-2, кальпротектин и BPI) в сыворотке крови и носовой слизи у 80 пациентов с диагнозом хронический риносинусит. Пациенты были разделены на две группы: в I группу вошли 48 пациентов с хроническим риносинуситом без полипов, во II группу — 32 пациента с полипозной формой хронического риносинусита. Уровни дефензина и кателицидина в сыворотке крови пациентов без полипов были значительно снижены преимущественно у пациентов с эозинофильно-доминантным типом воспаления, тогда как при полипозных формах — как при эозинофильном, так и при нейтрофильном типах. В носовой слизи уровень антимикробных пептидов повышался у пациентов с нейтрофильно-доминантным воспалением, однако при полипозных формах хронического риносинусита, особенно у эозинофильно-доминантных пациентов, наблюдалось резкое снижение их уровня. Напротив, уровни кальпротектина, липокалина-2 и BPI у пациентов с нейтрофильно-доминантным типом воспаления были статистически значимо повышены как в сыворотке крови, так и в носовой слизи. По мнению автора, при полипозном хроническом риносинусите активация местного иммунного ответа и усиление нейтрофильно-доминантного воспаления приводят к значительному повышению уровня антимикробных пептидов нейтрофильного происхождения. В эозинофильно-доминантных формах ослабление как системной, так и местной иммунной защиты, напротив, приводит к снижению уровней антимикробных пептидов эпителиального происхождения. The article presents the results of a study investigating the levels of certain antimicrobial peptides in both blood and nasal mucus of patients with chronic sinusitis. In this study, the levels of antimicrobial peptides (β-defensin, cathelicidin, lipocalin-2, calprotectin, and BPI) in blood serum and nasal mucus were analyzed using an enzyme-linked immunosorbent assay in 80 patients diagnosed with chronic rhinosinusitis. The patients were divided into two groups: Group I included 48 patients with chronic rhinosinusitis without nasal polyps, while Group II consisted of 32 patients with polypoid chronic rhinosinusitis. In non-polyp patients, serum levels of defensin and cathelicidin were significantly decreased, mainly in eosinophil-dominant cases. In polypoid forms, a significant decrease was observed in both eosinophil- and neutrophil-dominant types. In nasal mucus, antimicrobial peptide levels were increased in neutrophil-dominant patients; however, in polypoid chronic rhinosinusitis—particularly in eosinophil-dominant cases — a marked reduction was observed. Conversely, levels of calprotectin, lipocalin2, and BPI were statistically significantly elevated in neutrophil-dominant patients in both blood serum and nasal mucus. According to the author, in polypoid chronic rhinosinusitis, activation of the local immune response and exacerbation of neutrophil-dominant inflammation lead to a significant increase in neutrophil-derived antimicrobial peptides. In contrast, in eosinophil-dominant forms, weakening of both systemic and local immune defense mechanisms results in a decrease in epithelial-derived antimicrobial peptides.
Məqalədə mədə xərçənginə görə cərrahi müalicə edilmiş xəstələrə göstərilən əlavə farmakoloji nutritiv dəstəyin orta yaşama göstəricilərinə təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata histoloji metodla mədə xərçəngi verifikasiya edilmiş 118 pasiyent daxil edilmişdir. Xəstələr nutritiv dəstəyin verilməsinə görə əsas (n=69) və kontrol (n=49) qruplara ayrılmışdır. Əsas qrupa daxil edilmiş xəstələrə əməliyyatdan 10 gün əvvəl və əməliyyatdan sonrakı dövrdə standart müalicə ilə yanaşı, əlavə olaraq enteral nutritiv dəstək verilmişdir. Xəstələrin orta yaşama müddəti, yaşama müddətinin median göstəricisi və həmçinin yaşama müddətinin kvartillər üzrə təhlili Kaplan-Meier üsulu və Log-rank testi ilə analiz edilmişdir. Əldə olunan nəticə, mədə xərçəngi xəstələrinə əlavə nutritiv dəstək verilməsinin, onların yaşama müddətinə müsbət təsir etdiyini deməyə əsas verir. В статье представлена информация об исследовании, проведенного с целью изучения, влияния дополнительной фармакологической нутритивной поддержки на общую и медианную выживаемость пациентов с раком желудка. В исследование были включены 118 пациентов с гистологически подтвержденным раком желудка. Пациенты были разделены на основную (n=69) и контрольную (n=49) группы в зависимости от нутритивной поддержки. Для установления факта смерти пациентов было подано заявление в регистрационную службу. Показатели выживаемости между группами сравнивались с использованием метода Каплана-Мейера и Log-rank теста. В результате общего сравнения была выявлена статистически значимая разница между группами. Полученный результат показал, что дополнительная нутритивная поддержка пациентам с раком желудка оказывают статистически значимое влияние на их выживаемость. The article presents the results of an investigation aimed at evaluating the effect of additional pharmacological nutritional support on overall survival in patients who underwent surgical treatment for gastric cancer. A total of 118 patients with histologically verified gastric cancer were included in the study. The patients were divided into two groups according to the administration of nutritional support: the main group (n=69) and the control group (n=49). Patients in the main group received enteral nutritional support in addition to standard therapy, administered 10 days prior to surgery and continued during the postoperative period. Overall survival, median survival time, and quartile-based survival analyses were evaluated using the Kaplan-Meier method and the Log-rank test. The obtained results suggest that the administration of additional nutritional support in patients with gastric cancer has a positive impact on their survival rate.
Məqalədə parastomal ağırlaşmalara səbəb olan faktorlar haqqında retrospektiv tədqiqatın nəticələri əks etdirilmişdir. Tədqiqata 2021-2023-cü illər ərzində kolostoma və ileostoma qoyulan 120 pasiyentin xəstəlik tarixinin retrospektiv təhlilinin nəticələri daxildir. Risk faktorları, əməliyyatın təcili və ya planlı icra edilməsi, stomanın açılmasının səbəbləri, stoma növləri və ağırlaşmaları qeydə alınıb, nəzərdən keçirilmişdir. Stoma qoyulan yaşı orta hesabla 52,8±12,6 olan 120 xəstədən 78-i (65%) kişi, 42-si (35%) qadın olmuşdur. Kolostomalar ən çox yoğun bağırsağın obstruksiyasına görə (76%), İleostomalar isə əsasən yaradılan kolo-kolo, kolo-rekto anastomozları qorumaq məqsədilə qoyulmuşdur (preventive ileostoma) (68%), digər məqsədlərlə qoyulan ileostomaların faiz nisbəti 32%-ə bərabər olmuşdur. Ən çox görülən stoma növləri isə uc kolostoma,(60%), qoşalüləli kolostoma (16%), uc və qoşalüləli ileostomadır olmuşdur (24%). Xəstələrdən 48%-ə qədərində bu və ya digər ağırlaşmalar aşkar edilmişdir. Planlı və təcili operasiyalardan sonra müşahidə edilən stomalarının ağırlaşmalarının rastgəlmə tezliyi arasında statistik etibarlı fərq olmamışdır. Operativ müdaxilənin ağırlaşmalarından stomaətrafı dərinin iltihabına (63%), infeksiyalaşmasına (26%), parastomal yırtığa və stomanın prolapsına (7%) daha çox təsadüf edilmişdir. Ən yüksək ağırlaşma nisbəti qoşalüləli kolostoma yaradılmış pasiyentlərdə muşahidə edilmişdir (52%). Müəlliflərin fikrincə, cərrahiyyənin prinsiplərinə ciddi riayət edilməklə, stomalı xəstələrə müntəzəm nəzarət etməklə və xəstələri maarifləndirməklə (stomaya qulluq qaydaları) stomalı xəstələrdə ölüm və ağırlaşma hallarını azaltmaq olar. В статье приведены результаты ретроспективного анализа факторов, вызывающих парастомальные осложнения. Исследование включало результаты ретроспективного анализа медицинских документов 120 пациентов, перенесших колостомию и илеостомию в период с 2021 по 2023 год. Были зарегистрированы и проанализированы факторы риска, экстренные или плановые операции, причины вскрытия стомы, типы стомы и осложнения. Из 120 пациентов, которым была установлена стома, 78 (65%) были мужчинами и 42 (35%) — женщинами, средний возраст составил 52,8±12,6 лет. Колостомии чаще всего устанавливались из-за обструкции толстой кишки (76%), илеостомии в основном устанавливались для защиты созданных коло-коло, коло-ректальных анастомозов (профилактическая илеостомия) (68%), а процент илеостомий, установленных по другим причинам, составил 32%. Наиболее распространенными типами стомы были терминальная колостомия (60%), комбинированная колостомия (16%) и терминальная и комбинированная илеостомия (24%). До 48% пациентов испытывали эти или другие осложнения. Статистически значимой разницы между частотой осложнений стомы, наблюдаемых после плановых и экстренных операций, не было. Наиболее распространенными осложнениями хирургического вмешательства были периостит (63%), инфекция (26%), парастомальная грыжа и пролапс стомы (7%). Самый высокий уровень осложнений наблюдался у пациентов с комбинированной колостомией (52%). По мнению авторов, смертность и осложнения у пациентов со стомами можно снизить путем строгого соблюдения принципов хирургического лечения, регулярного наблюдения за пациентами со стомами и обучения пациентов правилы ухода за стомой. The article presents the results of a retrospective study on the factors leading to parastomal complications. The study included the results of a retrospective analysis of the medical history of 120 patients who underwent colostomy and ileostomy during 2021-2023. Risk factors, emergency or planned surgery, reasons for stoma opening, stoma types and complications were recorded and reviewed. Of the 120 patients who underwent stoma placement, 78 (65%) were male and 42 (35%) were female, and their mean age was 52.8±12.6 years. Colostomies were most often placed due to colonic obstruction (76%), while ileostomies were mainly placed to protect the created colo-colo, colo-recto anastomoses (preventive ileostomy) (68%), and the percentage of ileostomies placed for other purposes was 32%. The most common types of stoma were terminal colostomy (60%), combined colostomy (16%), and terminal and combined ileostomy (24%). Up to 48% of patients experienced these or other complications. There was no statistically significant difference between the incidence of stoma complications observed after planned and emergency operations. The most common complications of surgical intervention were periostitis (63%), infection (26%), parastomal hernia, and stoma prolapse (7%). The highest complication rate was observed in patients with combined colostomy (52%). According to the authors, mortality and complications in patients with stomas can be reduced by strictly adhering to the principles of surgery, regularly monitoring patients with stomas, and educating patients (stoma care rules).
The article presents information on a research study conducted to investigate the relationship between the clinical manifestations of lumbar radiculopathy and the localization of the process in cases of intervertebral disc herniation and protrusion. The study included 31 patients with intervertebral disc herniation and 57 patients with protrusion. The results of the study revealed that among patients with a combination of lumbago and lumbosacral sciatica, posterolateral localization of herniation and protrusion was recorded significantly more often than paramedian (p<0.01) and median (p<0.001) localization. Furthermore, paramedian localization was recorded more frequently than median (p<0.001) localization. The clinical symptom of lumbosacral sciatica in patients with paramedian localization of herniation and protrusion was observed significantly more often than in those with posterolateral (p<0.05) and median (p<0.01) localization. Thus, the results of the conducted studies demonstrate the potential of ultrasonography in determining the causes of lumbar pain, in particular radiculopathy. Məqalədə fəqərələrarası disk yırtığı və protruziyası zamanı bel radikulopatiyasının klinik təzahürləri ilə prosesin lokalizasiyası arasındakı əlaqənin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata fəqərələrarası disk yırtığı olan 31 və protruziyası olan 57 xəstə cəlb edilmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, bel və bel-oma mənşəli ağrı sindromunun kombinasiyası olan xəstələrdə yırtığın posterolateral lokalizasiyası və protruziyanın müvafiq olaraq paramedian (p<0,01) və median (p<0,001) lokalizasiyalı prosesə nisbətən daha çox, paramedian lokalizasiyası isə median (p<0,001) lokalizasiyasından daha artıq qeydə alınır. Bel-oma mənşəli ağrı simptomu yırtıq və protruziyanın paramedian lokalizasiyası olan xəstələrdə müvafiq olaraq posterolateral (p<0,05) və median (p<0,01) lokalizasiyalılardan xeyli tez-tez müşahidə edilmişdir. Beləliklə, aparılan tədqiqatların nəticələri bel ağrısının, xüsusən də radikulopatiyanın səbəblərinin müəyyənləşdirilməsində ultrasəs müayinəsinin imkanlarını nümayiş etdirir. В статье представлена информация о результатах исследования, проведенного с целью определить взаимосвязь клинических проявлений с локализацией грыж поясничных дисков и протрузией. К исследованию были привлечены 31 пациентов с грыжей поясничных межпозвоночных дисков и 57 больных с протрузией. Результаты исследований выявили, что среди пациентов с сочетанием lumbago+lumbosacral sciatica заднебоковая локализация грыжи и протрузии регистрировалась достоверно чаще, чем парамедианная (p<0,01) и медианная (p<0,001) локализация, а парамедианная локализация чаще, чем медианная (p<0,001), соответственно. Клинический симптом lumbosacral sciatica у пациентов с парамедианной локализацией грыжи и протрузии наблюдался достоверно чаще, чем заднебоковая (p<0,05) и медианная (p<0,01) локализация, соответственно. Таким образом, результаты проведенных исследований демонстрируют возможности ультрасонографии в определении причин поясничных болей, в частности радикулопатии.
В статье представлены результаты экспериментальных исследований, проведённых с целью изучения патогенетических механизмов развития острого панкреатита (ОП). Предлагаемая новая экспериментальная модель острого панкреатита создавалась путём введения в ткань поджелудочной железы кроликов породы «Шиншилла» специального комплекса, состоящего из смеси желчи с хлороформом (в соотношении 2:1) в дозировке 5-10 мг /100 г веса кролика. Введение желчи с хлороформом в ткань поджелудочной железы шприцом с тонкой иглой производилось в различных местах на глубину 1-3 мм в общей дозе 0,3-0,5 мл. При этом желчь вызывает воспаление, а хлороформ − некроз, что позволяет создать смешанную форму острого экспериментального панкреатита. Морфологическими исследованиями установлено, что патологическая активация аутоферментов в паренхиме и протоковой системе поджелудочной железы выполняет лишь функцию альтерации, а ведущая роль в патогенезе развития и исхода этой патологии принадлежит прогрессирующим нарушениям внутриорганной микроциркуляции. Установлено,что на 3-и сутки заболевания возникает блокада микрогемоциркуляции паренхимы поджелудочной железы и одновременно (параллельно) происходит активация дренажной и транспортной функции её микролимфоциркуляции. Этот факт объясняет низкую клиническую эффективность консервативного лечения больных острым панкреатитом, осуществляемую традиционными способами (в/в, в/м) и служит обоснованием для применения у этой категории больных для доставки препаратов в очаг воспаления и деструкции эндолимфатическом путём. Məqalədə kəskin pankreatitin patogenetik mexanizmlərini öyrənmək məqsədilə aparılmış eksperimental tədqiqatın nəticələri təqdim edilmişdir. Eksperimental tədqiqat “Şinşilla” cinsindən olan 48 dovşan üzərində müəlliflər tərəfindən işlənilib hazırlanmış kəskin pankreatitin yeni eksperimental modeli tətbiq edilməklə aparılmışdır). Yeni eksperimental modelin yaradılmasında dovşanların hər 100 qr çəkisinə 5-10 mq olmaqla öd və xloroformdan (2:1 nisbətində) ibarət olan xüsusi qarışıqdan istifadə edilmişdir. Dovşanların mədəaltı vəzisinin müxtəlif nahiyələrinə bu qarışıqdan 0,3-0,5 ml nazik iynəli şprislə 1-3 mm dərinlikdə yeridilmişdir. Öd mədəaltı vəzinin toxumasında iltihab, xloroform isə nekroz yaradaraq pankreatitin qarışıq formasının alınmasına imkan vermişdir. Morfoloji tədqiqat göstərmişdir ki, mədəaltı vəzi fermentlərinin onun parenximasında və axacaq sistemində aktivləşməsi yalnız alterasiyaya şərait yaradır. Kəskin pankreatitin inkişafının patogenezində aparıcı amil isə orqandaxili mikrosirkulyasiyanın pozulmalarıdır. Artıq xəstəliyin 3-cü günü orqandaxili mikrohemosirkulyasiya tam blokadaya (trombla tıxanma) uğrayır. Eyni zamanda buna paralel olaraq mikrolimfasirkulyator şəbəkənin drenaj və transport funksiyası artır. Bu fakt kəskin pankreatit zamanı konservativ müalicənin standart yolla (venadaxili, əzələdaxili) aparılmasının effektsizliyini izah edir və bu xəstələrdə iltihab və destruksiya ocağına dərman maddələrinin çatdırılması üçün daha səmərəli yolun, yəni endolimfatik yolun tətbiqini əsaslandırır. This article presents the results of an experimental study aimed at investigating the pathogenetic mechanisms of acute pancreatitis. The experimental research was conducted using a newly developed experimental model of acute pancreatitis on 48 rabbits of the "Chinchilla". The proposed new experimental model of acute pancreatitis was created by introducing a special complex, consisting of a mixture of bile and chloroform (in 2:1 ratio) into the pancreatic tissue of “Chinchilla” rabbits at a dosage of 5-10 mg per 100 g of rabbit weight. The introduction of bile and chloroform into the pancreatic tissue by a syringe with a thin needle was performed in various places to a depth of 1-3 mm, total dose of 0,3-0,5 ml. In this case bile induces inflammation, while chloroform causes necrosis, which allows to create a mixed form of acute experimental pancreatitis. Morphological studies have established that pathological activation of autoenzymes in the parenchima and ductal system of the pancreas performs only an alteration function, while the leading role in the pathogenesis of the development and outcome of this pathology belongs to progressive disturbances of intraorgan microcirculation. It has been established that on the third day of the disease occurs a blocade of the microhemocirculation of the pancreatic parenchyma and simultaneously happens the activation of the drainage and transport function of its microlymphcirculation. This fact explains the low clinical effectiveness of conservative treatment of patients with acute pancreatitis, carried out by traditional methods (i/v, i/m) and serves as a therapy in this category of patients for delivering drugs to the site of inflammation and destruction.
В статье представлено описание структуры коморбидных заболеваний у пациентов пожилого и старческого возраста с сахарным диабетом 2-го типа, а также анализ распределения показателей качества жизни. Проведено ретроспективное исследование на основе анализа 361 медицинской карты пациентов геронтологического центра с установленным диагнозом сахарного диабета 2-го типа. Оценка качества жизни осуществлялась с использованием опросника SF-36. Показано, что у пациентов пожилого и старческого возраста сахарный диабет 2-го типа не протекает изолированно и сопровождается множественными сопутствующими заболеваниями. Отмечается увеличение числа коморбидных состояний с возрастом, сопровождающееся снижением показателей качества жизни. Анализ данных с учётом половой принадлежности выявил сходные характеристики распространённости большинства сопутствующих заболеваний у мужчин и женщин. Məqalədə 2-ci tip şəkərli diabeti olan yaşlı və qoca yaş qrupuna aid pasiyentlərdə komorbid xəstəliklərin strukturunun təsviri, həmçinin həyat keyfiyyəti göstəricilərinin paylanmasının təhlili təqdim edilmişdir. Retrospektiv tədqiqat 2-ci tip şəkərli diabet diaqnozu qoyulmuş 361 pasiyentin tibbi kartının təhlili əsasında aparılmışdır. Həyat keyfiyyətinin qiymətləndirilməsi SF-36 sorğu vərəqi vasitəsilə həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, yaşlı və qoca pasiyentlərdə 2-ci tip şəkərli diabet izolyasiya olunmuş şəkildə baş vermir və çoxsaylı yanaşı xəstəliklərlə müşayiət olunur. Yaş artdıqca komorbid vəziyyətlərin sayı da artır, bu da həyat keyfiyyəti göstəricilərinin azalması ilə müşayiət edilir. Cinsiyyət amili nəzərə alınmaqla aparılmış təhlil göstərmişdir ki, kişilər və qadınlar arasında yanaşı xəstəliklərin əksəriyyətinin yayılma göstəriciləri oxşardır. The article presents a description of the structure of comorbid conditions in older adults with type 2 diabetes mellitus, as well as an analysis of the distribution of quality-of-life indicators. A retrospective study was conducted based on the analysis of 361 medical records of patients from a gerontological center with an established diagnosis of type 2 diabetes mellitus. Quality of life was assessed using the SF-36 questionnaire. It was shown that in older adults, type 2 diabetes mellitus does not occur in isolation and is accompanied by multiple comorbid conditions. An increase in the number of comorbidities with advancing age was observed, accompanied by a decline in quality-of-life indicators. Sex-stratified analysis revealed similar patterns in the prevalence of most comorbid conditions among men and women.
В работе представлены результаты исследования, проведенною с целью, проанализировать разные подходы и методики лечения язвенных дефектов с использованием физических факторов. В основу исследования положен опыт лечения 120 больных с венозными трофическими язвами: 85 (70,8%) женщин и 35 (29,2%) мужчин, в возрасте от 41 до 75 лет. У всех пациентов была варикозная болезнь вен нижних конечностей и хроническая венозная недостаточность стадии 6 (С6) в соответствии с клинической классификацией CЕАР. Методом случайной выборки пациентов разделили на 2 группы: В 1-ю группу включено 60 (n=60) пациентов, которым проводили традиционную терапию, включавшую местное лечение, эластичную компрессию нижних конечностей и фармакотерапию. Во 2-ю группу включено 60 пациентов, (n=60) которым помимо традиционного лечения проводили фотодинамическую терапию (ФДТ). Анализ клинического исследования подтверждает преимущества включения ФДТ венозных трофических язв в стандартные протоколы терапии данной категории пациентов, что выражается в более ранних сроках очищения язвы, скорости заживления и долгосрочных результатов лечения. Məqalədə trofik xoraların müalicəsində fiziki metodların tətbiqi ilə fərqli yanaşma və üsulların effektivliyini araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata venoz mənşəli trofik xoraları olan 120 xəstə cəlb edilmişdir. Onlardan 85 nəfəri (70,8%) qadın və 35-i (29,2%) isə kişi cinsindən olmuşdur. Bütün xəstələrdə aşağı ətrafların varikoz xəstəliyi və CEAP təsnifatı üzrə 6-cı mərhələyə (C6) uyğun venoz çatışmazlıq olmuşdur. Pasiyentlər təsadüfi seçim üsulu ilə hər birində 60 nəfər olan 2 qrupa bölünmüşdür; birinci qrupa yerli müalicə, aşağı ətrafların elastik kompessiyası və farmakoterapiyadan ibarət olan ənənəvi terapiya tətbiq edilmişdir. 2-ci qrupa daxil edilmiş xəstələrə ənənəvi müalicə ilə yanaşı fotodinamik terapiya (FDT) da aparılmışdır. Klinik tədqiqatın nəticələrindən aydın olmuşdir ki, venoz trofik xoraların müalicə kompleksinə FDT əlavə edilməsi böyük üstünlük verir. Yəni bu müalicə nəticəsində xora daha tez təmizlənir, sağalma sürəti artır və müalicənin nəticələri uzun müddət qalır. This article presents the findings of a study aimed at exploring the effectiveness of various approaches and methods in the treatment of trophic ulcers with the use of physical therapies. The study involved 120 patients with venous-related trophic ulcers, consisting of 85 women (70.8%) and 35 men (29.2%). All patients had varicose veins and venous insufficiency corresponding to stage 6 (C6) according to the CEAP classification. The patients were randomly divided into two groups, each consisting of 60 individuals. The first group received conventional therapy, which included local treatment, elastic compression of the lower extremities, and pharmacotherapy. The second group received conventional therapy in addition to photodynamic therapy (PDT). The clinical results of the study revealed that the addition of PDT to the treatment regimen for venous trophic ulcers provides significant benefits. This treatment led to faster ulcer cleansing, increased healing rates, and longer-lasting therapeutic outcomes.
Məqalədə kontakt linzalardan uzun müddət istifadə fonunda inkişaf edən “quru göz” sindromunun (QGS) 0,2%-li natrium-hialuronat və 0,05%-li siklosporin emulsiyasının köməyilə korreksiyası imkanlarının müqayisəli qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata hidrogel kontakt linzalardan istifadə edən, yaşı 15-38 arası olan 33 xəstə (63 göz) daxil edilmişdir. Müayinə edilən pasiyentlərin kontakt linzaları daşıma müddəti 6 aydan 8 ilə qədər olmuşdur. Xronik prosesin gedişini müşayiət edən amillərə refraksiya anomaliyaları, mədə-bağırsaq xəstəlikləri, “quru göz” sindromu aid edilmişdir. İstisna kriteriyalarına “quru göz” sindromuna səbəb olan sistem xəstəlikləri, buynuz qişa və konyunktivanın infeksion və distrofik xəstəlikləri, demodekoz blefariti, laqoftalm, eləcə də ikincili “quru göz” sindromunun səbəblərindən olan digər patologiyalar daxil edilmişdir. Kontakt linzalardan istifadə edən xəstələr təyin olunan müalicədən asılı olaraq 2 qrupa ayrılmışdır. 1-ci qrup xəstələrin müalicəsinə əvəzedici terapiya olaraq göz lubrikantlarından Xiloial zero (Farmigea, Italiya) və korneoprotektor təsirə malik Vit A-dex (Zwitter Pharmaceuticals, Yunanıstan), 2-ci qrupun müalicəsinə yuxarıda göstərilən bazis terapiyaya 0,05%-li siklosporin göz damcısı (Depores) (Deva, Türkiyə) əlavə edilmişdir. Hər iki qrup xəstələrdə müalicənin effektivliyi müalicə başlayandan 1, 3, 6 ay sonra funksional-diaqnostik metodların nəticələri əsasında dinamikada öyrənilmişdir; müalicədən 3 ay sonra yüksək nəticələr əldə edilsə də, bazis terapiyaya əlavə olunan 0,05%-li siklosporin emulsiyasının iltihab əleyhinə müalicə kimi tətbiqi daha müsbət klinik nəticə vermişdir. В статье представлены сведения о сравнительной оценке возможностей коррекции синдрома сухого глаза (ССГ), развивающегося на фоне длительного ношения контактных линз, с помощью 0,2% гиалуроната натрия и 0,05% эмульсии циклоспорина на основании результатов клинических и лабораторных исследований. В исследование были включены 33 пациента (63 глаза) в возрасте от 15 до 38 лет. Пациенты использовали гидрогелевые контактные линзы. Длительность ношения контактных линз у обследованных пациентов составила от 6 месяцев до 8 лет. Факторами, сопутствующими течению хронического процесса, являются аномалии рефракции, заболевания желудочно-кишечного тракта и синдром «сухого глаза». Пациенты, пользующиеся контактными линзами, были разделены на 2 подгруппы в зависимости от назначенного лечения. Пациентам подгруппы 1 в качестве заместительной терапии назначались лубриканты Xiloial Zero и Vit-A-dex, обладающий корнеопротекторным действием, а пациентам 2-ой подгруппы к вышеперечисленной базисной терапии добавлялись глазные капли циклоспорина 0,05% (Депорес, Дева). Эффективность лечения в обеих группах больных изучалась в динамике на основании результатов функциональных методов диагностики через 1, 3 и 6 месяцев от начала лечения. Хотя обе группы пациентов достигли высоких результатов через 3 месяца после лечения, применение 0,05% эмульсии циклоспорина в качестве противовоспалительного средства, добавленного к базисной терапии, обеспечивает более положительные клинические результаты. The article presents research study results on a comparative assessment of the possibilities of correcting dry eye syndrome (DES) developing against the background of long-term contact lens wear using 0.2% sodium hyaluronate and 0.05% cyclosporine emulsion. The study included 33 patients (63 eyes) aged 15 to 38 years. The patients used hydrogel contact lenses. The duration of wearing contact lenses in the examined patients ranged from 6 months to 8 years. Factors accompanying the course of the chronic process are refractive anomalies, gastrointestinal diseases and dry eye syndrome. Patients using contact lenses were divided into 2 subgroups depending on the prescribed treatment. Patients of subgroup 1 were prescribed Xiloial Zero and Vit-A-dex lubricants, which have a corneoprotective effect, as replacement therapy, and patients of subgroup 2 were supplemented with 0.05% cyclosporine eye drops (Depores, Deva) to the above-mentioned basic therapy. The effectiveness of treatment in both groups of patients was studied dynamically based on the results of functional diagnostic methods after 1, 3 and 6 months from the start of treatment. Although both groups of patients achieved high results 3 months after treatment, the use of 0.05% cyclosporine emulsion as an anti-inflammatory treatment added to basic therapy provides more positive clinical results.
Məqalədə böyük β-talassemiyalı uşaqların qan serumunda fibroblastların 23-cü böyümə faktorunun (FGF-23) səviyyəsi ilə dəmir mübadiləsi zülallarının qarşılıqlı əlaqələrini araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 2019-2023-cü illərdə mütəmadi qan transfuziyası almış 60 uşağın, kontrol qrupuna isə 15 nəfər müvafiq yaşlı praktik sağlam uşağın analizlərinin nəticələri daxil edilmişdir. Əsas qrupu təşkil edən uşaqlar iki qrupa ayrılmışdır: 6-11 yaş və 12-17 yaş. Pasiyentlərin qan serumunda dəmir, ferritin, D vitamini, ferroportin, hepsidin, FGF-23 səviyyələri qruplararası müqayisədə tədqiq edilmişdir. Tədqiqat göstərmişdir ki, böyük β-talassemiya olan uşaqların qan serumunda yaş artdıqca dəmirin və ferritinin toplanması ilə əlaqədar olaraq hepsidin səviyyəsi azalır. Uzun müddət transfuziya alan uşaqlarda D vitamini çatışmazlığı fonunda FGF-23 səviyyəsində artım müşahidə edilir. Bu, 12-17 yaşlı uşaqlarda daha qabarıq təzahür edir. Tədqiq edilən göstəricilər arasında korrelyasiya əlaqələrinin araşdırılmasından aydın olmuşdur ki, qan serumunda FGF-23 səviyyəsinin artmasına səbəb dəmir mübadiləsində baş verən dəyişikliklərdir. Əldə edilmiş nəticələr gələcəkdə böyük β-talassemiyanın diaqnostikasında və müalicə istiqamətlərinin düzgün seçilməsində əhəmiyyətli ola bilər. В настоящем исследовании изучены уровни фактора роста фибробластов-23 (FGF-23) в сыворотке крови детей с большой β-талассемией и проанализирована его взаимосвязь с белками, участвующими в метаболизме железа. В исследование были включены результаты анализов 60 детей, получавших регулярные гемотрансфузии в период 2019-2023 гг.; контрольную группу составили 15 практически здоровых детей соответствующего возраста. Основная группа была разделена на две возрастные подгруппы: 6-11 лет и 12-17 лет. В сыворотке крови пациентов определяли уровни железа, ферритина, витамина D, ферропортина, гепсидина и FGF-23 с последующим межгрупповым сравнительным анализом. Установлено, что у детей с большой β-талассемией по мере увеличения возраста на фоне прогрессирующего накопления железа и повышения уровня ферритина наблюдается статистически значимое снижение уровня гепсидина. У пациентов, длительно получающих трансфузионную терапию, дефицит витамина D сопровождался статистически значимым повышением уровня FGF-23. Наиболее выраженные изменения выявлены в возрастной группе 12-17 лет. Корреляционный анализ исследуемых показателей показал, что повышение уровня FGF-23 в сыворотке крови связано с изменениями метаболизма железа, что позволяет предположить участие нарушений железного гомеостаза в механизмах повышения экспрессии FGF-23. Полученные результаты свидетельствуют о потенциальной клинической значимости определения FGF-23 при диагностике и выборе терапевтической тактики у детей с большой β-талассемией. The present study investigates the serum levels of fibroblast growth factor-23 (FGF-23) in children with β-thalassemia major and evaluates its relationship with iron metabolism-related proteins. The study included laboratory data from 60 children who received regular blood transfusions between 2019 and 2023. The control group consisted of 15 age-matched practically healthy children. The main cohort was 123 subdivided into two age groups: 6-11 years and 12-17 years. Serum levels of iron, ferritin, vitamin D, ferroportin, hepcidin, and FGF-23 were comparatively analyzed between the groups. The findings demonstrated that in children with β-thalassemia major, progressive iron accumulation and elevated ferritin levels with increasing age were associated with a statistically significant decrease in hepcidin levels. In patients undergoing long-term transfusion therapy, vitamin D deficiency was accompanied by a statistically significant elevation of FGF-23 levels. This pattern was more pronounced in the 12-17-year age group. Correlation analysis of the studied parameters demonstrated that the elevation of serum FGF-23 levels is associated with alterations in iron metabolism, suggesting that dysregulation of iron homeostasis may contribute to increased FGF-23 expression. The obtained results suggest that FGF-23 may serve as a clinically relevant biomarker in the diagnostic assessment and optimization of therapeutic strategies in children with β-thalassemia major.
Məqalədə başgicəllənmə şikayəti ilə müraciət edən 892 pasiyentin klinik və demoqrafik xüsusiyyətlərini qiymətləndirmək məqsədilə aparılmış təkmərkəzli retrospektiv tədqiqat haqqında məlumat verilmişdir. Pasiyentlər ilkin mərhələdə strukturlaşdırılmış sorğu-anketlə qiymətləndirilmişdir, daha sonra videonistaqmoqrafiyanın (VNQ), nəticəsinə əsasən kalorik test, klinik göstəriş olduqda qliseroldehidratasiya testi, eşitmə zəifliyindən şikayəti olanlarda isə audioloji müayinələr icra edilmişdir. Pasiyentlərdən 66,9%-i qadın (n=597), 33,1%-i kişi (n=295) olmuşdur. Yaş qrupları üzrə paylanma: 18-30 yaş 13,0% (n=116), 31-50 yaş 38,6% (n=344), 51-70 yaş 34,8% (n=311), 70+ yaş 13,6% (n=121). Statistik analizlər cinsiyyətlə başgicəllənmə tipinin əlaqəli olduğunu (p<0,001), yaş artdıqca simptomun şiddətinin və görmə bulanıqlığının artdığını, həmçinin eşitmə dəyişiklikləri ilə qulaqda dolğunluq arasında güclü assosiasiya olduğunu göstərmişdir. Nəticələr anket əsaslı yanaşmanın ilkin diferensiasiya üçün praktik dəyərini və demoqrafik faktorların simptom strukturuna təsir etdiyini göstərir. В статье представлены результаты одноцентрового ретроспективного исследования, проведённого с целью оценки клинических и демографических характеристик 892 пациентов, обратившихся с жалобами на головокружение. На первом этапе пациенты были обследованы с использованием структурированной анкеты, после чего выполнялась видеонистагмография (VNG); на основании полученных данных проводился калорический тест, при наличии клинических показаний − глицероловый дегидратационный тест, а у пациентов с жалобами на слух − аудиологические исследования. Среди обследованных 66,9% составили женщины (n=597), 33,1% − мужчины (n=295). Распределение по возрастным группам было следующим: 18-30 лет − 13,0% (n=116), 31-50 лет − 38,6% (n=344), 51-70 лет − 34,8% (n=311), старше 70 лет − 13,6% (n=121). Статистический анализ выявил значимую связь между полом и типом головокружения (p<0,001), а также показал увеличение выраженности симптомов и частоты зрительных нарушений с возрастом. Кроме того, обнаружена сильная ассоциация между изменениями слуха и ощущением заложенности уха. Полученные результаты подчёркивают практическую ценность анкетного подхода для первичной дифференциальной диагностики и значимое влияние демографических факторов на структуру симптомов. This article presents a single-center retrospective study aimed at evaluating the clinical and demographic characteristics of 892 patients who presented with dizziness. At the initial stage, all patients were assessed using a structured questionnaire, followed by videonystagmography (VNG). Based on the obtained findings, caloric testing was performed, glycerol dehydration testing was applied when clinically indicated, and audiological examinations were conducted in patients with hearing-related complaints. Among the study population, 66,9% were female (n=597) and 33,1% were male (n=295). Age group distribution was as follows: 18-30 years − 13,0% (n=116), 31-50 years − 38,6% (n=344), 51-70 years − 34,8% (n=311), and over 70 years − 13,6% (n=121). Statistical analyses demonstrated a significant association between gender and the type of dizziness (p<0,001), as well as an increase in symptom severity and visual disturbances with advancing age. A strong association was also identified between hearing changes and aural fullness. These findings highlight the practical value of a questionnaire-based approach for initial differential diagnosis and emphasize the impact of demographic factors on symptom structure.
Məqalədə revmatoid artrit zamanı ağciyərlərin interstisial zədələnmələrinin əsas təzahürləri və bu tip patoloqiyaya məruz qalmış xəstə haqqında müəlliflərin şəxsi müşahidələri haqqında məlumat verilmişdir. Müəlliflər göstərirlər ki, ağciyərlərin interstisial zədələnməsi revmatoid artritli (RA) xəstələrdə ən çox rast gəlinən ağırlaşmalardan biridir və interstisial pnevmoniya, fibroz, revmatoid düyünlər və retikulyar dəyişikliklərlə təzahür edir. Bu əlamətlər tez-tez xəstəliyin ağırlıq dərəcəsinin göstəricisi olur və xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər. Məqalədə uzunmüddətli bazis və bioloji terapiya (metotreksat, fol turşusu, metilprednizolon, tosilizumab) alan aqressiv gedişli RA xəstəsində müşahidə edilən əlamətlər haqqında məlumat verilmişdir. Döş qəfəsinin rentgenoqrafiyası və KT zamanı ikitərəfli interstisial dəyişikliklər, o cümlədən, “buzlu şüşə” sahələri və retikulyar sıxlaşmalar aşkarlanmışdır. Bu hal RA xəstələrində ağciyərlərin interstisial zədələnməsinin vaxtında diaqnostikasının, optimal terapevtik strategiyanın seçilməsinin və ağciyər patologiyasının proqressivləşməsinin qarşısının alınmasının vacibliyini göstərir. The article presents the primary manifestations of interstitial lung involvement in rheumatoid arthritis (RA) and provides insights based on the authors’ clinical observations of a patient with this pathology. The authors indicate that interstitial lung involvement is one of the most common complications in RA patients, manifesting as interstitial pneumonia, fibrosis, rheumatoid nodules, and reticular changes. These features often reflect the severity of the disease and can significantly impair patients’ quality of life. The article describes clinical findings in a patient with an aggressive course of RA receiving long-term conventional and biological therapy (methotrexate, folic acid, methylprednisolone, and tocilizumab). Chest radiography and computed tomography revealed bilateral interstitial changes, including ground-glass opacities and reticular consolidations. This case highlights the importance of timely diagnosis of interstitial lung involvement in RA patients, the selection of an optimal therapeutic strategy, and the prevention of progressive pulmonary pathology. В статье представлены сведения о клинических проявлениях легочных повреждений у больных с ревматоидным артритом (РА) и описывается собственное наблюдение авторов о клиническом случае с этой патологией. Как известно, интерстициальное поражение лёгких является одной из наиболее частых лёгочных осложнений у пациентов с ревматоидным артритом (РА), проявляясь интерстициальной пневмонией, фиброзом, ревматоидными узелками и ретикуллярными изменениями. Эти проявления часто являются маркером тяжести заболевания и могут существенно ухудшать качество жизни пациентов. В статье представлен клинический случай пациентки с агрессивным течением РА, у которой на фоне многолетней базисной и биологической терапии (метотрексат, фолиевая кислота, метилпреднизолон, тоцилизумаб) при рентгенографии и КТ органов грудной клетки выявлены двусторонние интерстициальные изменения с участками «матового стекла» и ретикуллярными уплотнениями. Данный случай подчёркивает важность своевременной диагностики интерстициального поражения лёгких у пациентов с РА для выбора оптимальной терапевтической стратегии и предотвращения прогрессирования лёгочной патологии.